ABŞ prezidenti Barak Obama və Almaniyanın federal kansleri Anqela Merkel Rusiyanın Ukraynadakı hərəkətlərindən narahat olduqlarını bildiriblər. ABŞ prezidenti Barak Obama və Almaniyanın federal kansleri Anqela Merkel Rusiyanın Ukraynadakı hərəkətlərindən narahat olduqlarını bildiriblər.

Obama və Merkel Rusiyanı hədələdi

ABŞ prezidenti Barak Obama və Almaniyanın federal kansleri Anqela Merkel Rusiyanın Ukraynadakı hərəkətlərindən narahat olduqlarını bildiriblər.



AzNews.az-ın məlumatına görə, iki dövlət başçıları arasında olan telefon danışığı zamanı bildirilib ki, Ukraynada rusiyalı hərbçilərin mövcudluğu, Rusiya Silahlı Qüvvələrinin kontingentinin sərhəd ərazidə sayının artması, Rusiya ərazisindən Ukraynanın sərhəd zastavalarının atəşə tutulması Moskva tərəfindən yaradılan gərginlikdir.

Merkel Rusiyanın yardım aksiyasını Ukraynaya qarşı "humanitar" işğal kimi dəyərləndiriblər.

Dövlət başçıları rəsmi Kiyevin icazəsi olmadan Ukraynaya humanitar karvanın göndərməsini Moskvanın təxribatı adlandırıb.

Obama və Merkel razılığa gəliblər ki, Rusiyanın Ukrayna ərazisində hər hansı bir təxribat xarakterli hərəkətinə qarşı birgə çıxış etsinlər.

Məhəmməd
AzNews.az