- Köhnə - Dünya
- 30 Avqust 2014 07:50
- 3 165
ABŞ müdafiə naziri Tiflisə gedir
ABŞ-ın müdafiə naziri Çak Heygel Gürcüstana səfərə gedəcək.
AzNews.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Pentaqondan bildirilib ki, səfər zamanı nazir gürcü həmkarı İrakli Alasaniya və ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.
Görüşlərdə regiondakı vəziyyət, ABŞ-Gürcüstan hərbi əməkdaşlığı, o cümlədən Ukraynadakı son vəziyyət müzakirə mövzusu olacaq.
Pentaqondan qeyd olunub ki, bu Çak Heygelin ABŞ müdafiə naziri kimi Gürcüstana ilk səfəri olacaq.
Məhəmməd
AzNews.az