İŞİD-in əlindən qaçqın düşənlərin sayı bilindi – Şok hesabat

İraqda 600 min insan evini tərk edib





Axar.az xəbər verir ki, Birləşmiş Millətlər İnsani İşlər Kordinatorluğu bu ilin yanvarından Şimali İraqa sığınan qaçqınların sayını açıqlayıb.

Hesabatda deyilir ki, İraqda yurd-yuvasından didərgin düşənlərin sayı 1, 8 milyonu keçib.

Onlardan 600 mini isə son bir ayda Ninova, Diyala və Enbar bölgələrində gedən silahlı toqquşmalarda başını götürüb qaçıb.

İraqın kürd idarəçiliyi olan bölgəsində 216 min suriyalı və bütövlükdə 1,4 milyon qaçqın olduğu söylənir.

Onların İŞİD terrorçularının zülmündən qurtuluş üçün ölkənin şimalına sığındığı vurğulanır.

Qeyd edək ki, Yaxın Şərqdə gedən müharibələr nəticəsində illərdir bu ölkələrə sabitlik gətirilmir. Yüz minlərlə insan tələf olub, aclıq, xəstəlik, səfalət hökm sürür.

AzNews.az