- Köhnə - Dünya
- 2 Sentyabr 2014 15:30
- 4 070
Ukrayna Slovakiyadan əks qaz təchizatına başladı

Bu gündən Ukraynaya Slovakiyadan təkmilləşdirilmiş Voyan-Ujqorod boru kəməri ilə sutkada 27 milyon kubmetr olmaqla kommersiya xarakterli əks qaz təchizatı başlayıb.
AzNews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qazın verilişi 2 sentyabr 12.55-dən etibarən başlayıb. Layihə Slovakiyanın "Eustream" kompaniyası tərəfindən həyata keçirilir.
Qaz nəqlinin tam normal rejimdə işləməsinə 2015-ci il martın 1-dən başlanacağı nəzərdə tutulub.
Kommersiya məqsədli qazın Ukraynaya ötürülməsi məqsədilə təşkil olunan tədbirdə Slovakiyanın Slovakiya Baş naziri Robert Fiço, Ukrayna Baş naziri Arseniy Yasenyuk, Avropa İttifaqının enerji departamentinin nümayəndəsi Klaus - Diter Borxard və eləcə də iki ölkənin rəsmi şəxsləri iştirak ediblər.
Verilən qazın hər kubmetri Ukraynaya 360 dollara başa gələcək.
AzNews.az