İŞİD lideri əl-Bağdadinin meyitinin fotosu yayımlanıb - VİDEO

İŞİD terror təşkilatının lideri Bağdadinin meyitinin fotosu yayılıb. APA TV-nin məlumatına görə, son günlər terrorçu qruplaşmanın rəhbərinin ölümü haqqında müxtəlif informasiyalar verilir. Bu gün İraq mətbuatında əl-Bağdadinin meyitinin fotoları yer alıb.

İŞİD liderinin türkmən şəhəri Telaferdə öldürüldüyü bildirilir. Bundan əvvəl yayılan xəbərlərdə Bağdadinin meyitinin fotosu olduğu bildirilsə də, foto yayımlanmamışdı.

Digər tərəfdən müstəqil mənbələr fotonun əl-Bağdadiyə məxsus olduğunu hələlik təsdiqləməyiblər.

Xatırladaq ki, terror təşkilatına bağlı informasiya resursları iki həftə əvvəl əl-Bağdadinin ölməsi, onun yerinə Əbu Müslim Türkmənin gətirilməsi barədə məlumatlar yayıb.



AzNews.az