250 nəfərin olduğu gəmi batdı

Liviya sahillərində göyərtəsində 250-yə yaxın miqrantın olduğu gəmi batıb.


ANS PRESS-in "Reuters" agentliyinə istinadən məlumatına görə, bərədə Avropa sahillərinə çatmağa çalışan afrikalı miqrantlar olub.

Gəmi Liviyanın Tacura şəhəri yaxınlığında batıb.

Hələlik yalnız 26 nəfərin xilas edildiyi bildirilir. Sərnişinlərin əksəriyyəti qadın və uşaqlar olub.

AzNews.az