Terrorçu qrup orduya yardım edən sahvə üzvlərini öldürüblər Terrorçu qrup orduya yardım edən sahvə üzvlərini öldürüblər

İŞİD yenə öldürdü

Terrorçu qrup orduya yardım edən sahvə üzvlərini öldürüblər



İŞİD terror qruplaşması üzvləri sahvə üzvlərini ələ keçirərək öldürüblər.

ANS PRESS-in məlumatına görə, İŞİD terrorçuları İraqın Kərkük şəhərində sahvə qüvvələrinin sırasını artırmaq üçün təbliğat aparan 3 nəfəri ələ keçirərək güllələyiblər.

Silahlılar əvvəlcə həmin şəxsləri izləməyə başlayıblar. Sonra onların evlərə gedərək öz aralarına qatılmağı təklif etdiklərini öyrənən İŞİd-çilər dərhal onları yaxalayaraq, haqlarında ölüm hökmü veriblər.

Bundan başqa, onlar Suriyanın şimal-şərqindəki sərhəd şəhəri Əbukəmal ilə İraqın qərbindəki Əl-Qaim şəhərinin birləşməsilə qurulan Fərat vilayətində tamamilə nəzarəti təmin ediblər.

Qeyd edək ki, Sahvə qüvvələri İŞİD-lə və digər qəbilələrlə mübarizədə orduya kömək edirlər.


AzNews.az
image description image description image description