Hicab qadağası ləğv olundu

Beynəlxalq Basketbol Federasiyası (FİBA) dini ayrı seçkiliklə bağlı ittihamlardan sonra basketbol oyunçularında baş örtüyü və hicab geyinməyə icazə verib.

Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

FİBA-nın yaydığı məlumata görə, hicab kimi baş örtüklərinin oyun zamanı geyinilməsi ilə bağlı qərar iki il ərzində sınaqdan keçiriləcək.

2016-cı ildə Rio da Janeyro-da keçirilən Olimpiya oyunlarından sonra hicab barədə yekun qərar veriləcək.


AzNews.az