“Lukoyl”un keçmiş vitse-prezidenti Vahid Şərifovun oğlu Volqoqrad Vilayət Dumasının deputatı seçilib. “Lukoyl”un keçmiş vitse-prezidenti Vahid Şərifovun oğlu Volqoqrad Vilayət Dumasının deputatı seçilib.

Azərbaycanlı milyonçunun oğlu Rusiyada deputat seçildi

“Lukoyl”un keçmiş vitse-prezidenti Vahid Şərifovun oğlu Volqoqrad Vilayət Dumasının deputatı seçilib.



Axar.az. xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın V1.ru saytı yayıb.

Ruslan Şərifov 11.333 səslə Dumaya deputat seçilib.

Qeyd edək ki , bundan öncə Ruslan Şərifov bu vəzifəni 2003-2009-cu illərdə həyata keçirib.

Onu da xatırladaq ki, Vahid Şərifov öz postundan 2010-cu ildə uzaqlaşıb. Mətbuatda yazılan bəzi informasiyalara görə, 2009-cu ildə Ruslan Şərifovun deputatlıqdan çıxmasının əsas səbəbi babası Səid Şərifovun Gürcüstanda tutulması olub. Bununla da nəvə Şərifova təzyiq etməyə çalışılıb. Həmin vədə cinayətkarlar Səid Şərifov üçün Vahid Şərifovdan 6 milyon dollar tələb etmişdilər.


AzNews.az