Suriyada Əsəd ordusu Xamat şəhərindəki xəstəxananı bombalayıb. Suriyada Əsəd ordusu Xamat şəhərindəki xəstəxananı bombalayıb.

Əsəd ordusu xəstəxananı bombaladı

Suriyada Əsəd ordusu Xamat şəhərindəki xəstəxananı bombalayıb.



Avropa.info-nun məlumatına görə, bombardmanda 10 nəfər ölüb.

Suriya insan haqqları təşkilatı yazılı açıqlamada bildirib ki, Əsədin ordusu "Şəfa" xəstəxanasına vakuum bombası ilə hücum edib. Təşkilat yaralılar haqqında məlumat verməsə də, ölü sayının artacağından narahatlıqlarını qeyd edib.

Suriyanın insan haqqları təşkilatı Əsədin İhsim bölgəsinə də hava hücumu etdiyini və 34 nəfərin öldüyünü qeyd edib.

Suriya İnqilab Şurası (SRGC) isə Əsədin ordusunun İdlib ətrafına vakuum bombası atdığını bəyan edib. Hücumda 19 nəfərin öldüyü bildirilib.