Türkiyə sərhədində gərginlik- VİDEO

Suriyada İŞİD mövqelərinə aviazərbələrin başladığı vaxta bu ölkənini Türkiyə ilə sərhədində kürd qaçqınlarla bağlı gərginlik azalmaq bilmir.

ANS TV-nin məlumatına görə, bu gün yerli təhlükəsizlik qüvvələri qısa müddətə keçid məntəqəsini açaraq qaçqınları Şanlıurfa vilayətinə buraxmağa başlayıblar. Hadisə yerində BMT-nin qaçqınlarla iş üzrə komitəsinin nümayəndələri də fəaliyyət göstərir.

Qaçqınlarla bağla gərginlik artıq beşinci gündür ki, davam edir. İŞİD silahlılarının kürdlərin kompakt yaşadığı Kobani bölgəsində bir çox ərazini ələ keçirməsindən sonra Türkiyə sərhədinə qaçqın axını güclənib.

Beş gün ərzində 130 mindən çox adam Türkiyəyə keçib. Bəzi mənbələrdə bu rəqəm 200 min nəfər olaraq göstərilir.

Bu arada, Kolaisiya qüvvələri İŞİD-in Suriyadakı mövqelərinin bombalayıblar. Bu gün belə bir xəbər də yayıldı ki, koalisiya qüvvələri bombardmandan əvvəl Suriya dövlətini xəbərdar da ediblər. Hansı ki, Obama Administrasiyası Bəşər Əsədin İŞİD-ə qarşı mübarizədə dəstək vermək təklifini rədd etmişdi.



AzNews.az