- Köhnə - Dünya
- 25 Sentyabr 2014 19:30
- 3 669
ABŞ baş prokuroru istefa verdi
ABŞ baş prokuroru Erik Holder istefa verdiyini elan edib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyinə ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib.
Məlumatda qeyd olunub ki, Holder istefaya getmək qərarını Ağ Evdə keçiriləcək tədbir zamanı rəsmi elan edəcək.
Holder həmçinin bildirib ki, yaxın gələcəyə dair onun hələlik heç bir planı yoxdur.
AzNews.az