ABŞ baş prokuroru Erik Xolder ona əvəz tapılana qədər vəzifəsində qalacaq. ABŞ baş prokuroru Erik Xolder ona əvəz tapılana qədər vəzifəsində qalacaq.

ABŞ baş prokuroru vəzifəsində qaldı

ABŞ baş prokuroru Erik Xolder ona əvəz tapılana qədər vəzifəsində qalacaq.


AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə 26 sentyabrda keçirilən mətbuat konfransında ABŞ prezidenti Barak Obama bildirib: "Mən ABŞ-ın yeni baş prokurorunu təyin etməyincə və Senat onu təsdiqləməyincə Erik vəzifədə qalmağa razılıq verib".

Məlumatda deyilirdi ki, Holder istefaya getmək qərarını Ağ Evdə keçiriləcək tədbir zamanı rəsmi elan edəcək. Holder həmçinin bildirib ki, yaxın gələcəyə dair onun hələlik heç bir planı yoxdur.

Qeyd edək ki, ABŞ baş prokuroru Erik Holder dünən istefa verdiyini elan etmişdi. Bu haqda informasiyanı Reuters agentliyinə ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi bildirmişdi.


Aydan Axundova
AzNews.az