İraq prezidenti Fuad Masum ölkəsində böyük xaosa səbəb olan və 1 milyondan çox insanı köçə məcbur edən İŞİD-ə qarşı mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətdən kğmək istədi. İraq prezidenti Fuad Masum ölkəsində böyük xaosa səbəb olan və 1 milyondan çox insanı köçə məcbur edən İŞİD-ə qarşı mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətdən kğmək istədi.

İraq prezidenti beynəlxalq ictimaiyyətdən kömək istədi - VİDEO (YENİLƏNİB)

İraq prezidenti Fuad Masum ölkəsində böyük xaosa səbəb olan və 1 milyondan çox insanı köçə məcbur edən İŞİD-ə qarşı mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətdən kğmək istədi.


AzNews.az xəbər verir ki, Masum öz çıxışında "İŞİD artıq qitələrarası bir təşkilat halını alıb. Təşkilatın hərbi və informasiya qaynaqlarını yalnız beynəlxalq əməkdaşlığın hesabına reallaşdırmaq olar. Buna görə beynəlxalq ictimaiyyəti İŞİD-ə qarşı mübarizədə yanımızda olmağa çağırırıq" sözlərini deyib.

Fuad Masumun bu açıqlamasından əvvəl İngiltərə də ABŞ və koalisiyaya dəstək verəcəyini açıqladı və bölgəyə 6 tornado reaktiv göndəriləcəyini dedi. İngiltərədən dərhal sonra isə Belçika dəstək açıqlamasını verdi.

Belçika Federal Məclisi, terror təşkilatı İŞİD-ə qarşı yaradılan koalisiyaya 6 ədəd F-16 döyüş təyyarəsi və 120 əsgərın iştirakını nəzərdə tutan qərarı 2 səsə qarşı 114 səslə qəbul etdi. Səsvermədə 10 parlament üzvü bitərəf qaldı.

Belçika hava qüvvələrinə məxsus F-16-ların İŞİD-ə qarşı həyata keçirilən hava əməliyyatlarında İraq ərazisinə daxil olacağı və Suriyadakı hədəfləri vuracağı gözlənilir.




AzNews.az