- Köhnə - Dünya
- 28 Sentyabr 2014 21:40
- 3 291
Lavrovdan sanksiya açıqlaması

“Moskvanın Qərblə sanksiyalar müharibəsini davam etdirməyə həvəsi yoxdur”.
AzNews.az xəbər verir ki, bu informasiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov yayıb.
Xəbərdə deyilir ki, sentyabrın 28-də Sankt-Peterburq televiziya kanalı olan Kanal 5-ə müsahibəsində o, deyib ki, "Hazırkı durumun qeyri-müəyyən vaxtadək qalmasında maraqlı deyilik. Düşünmürəm ki, bu durum uzun müddətə qalacaq, ancaq bir müddət davam edəcək".
Qeyd edək ki, Moskva Ukraynaya müdaxilə edəndən sonra Qərb bu ilin martında Rusiyaya sanksiyalara başlayıb.
Rusiya isə cavabında ona sanksiya qoyan ölkələrdən ərzaq və xammal idxalına bir illik qadağa qoyub.
AzNews.az