Dünyanın ən böyük işə qəbul agentliklərindən biri olan Randstad 27 min işçi və 1225 işəgötürən arasında sorğu aparıb, 35 bazarda 3 milyondan çox iş elanını təhlil edib.
Aznews.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Nəticələrə görə, hər beş işçidən dördü süni intellektin gündəlik işlərinə təsir edəcəyini düşünür. Şirkətlərin AI çatbotları və avtomatlaşdırmaya artan marağı xüsusilə "Z" nəsli arasında narahatlıq yaradır.
Randstad-ın illik “Workmonitor” hesabatı süni intellekt bacarıqları tələb edən vakansiyaların 1.587% artdığını göstərir. Sorğu həmçinin, AI və avtomatlaşdırmanın əsasən daha az mürəkkəb, əməliyyat xarakterli vəzifələri əvəz etdiyini ortaya qoyur.