Latviya təcavüzdən qorxur

“Latviya da Rusiyanın təcavüzündən yeni qorxu yaranıb, Kreml isə rus azlığı barədə xəbərdarlıq edir”.


AzNews.az xəbər verir ki, bu haqda Washington Post qəzeti yazıb.
ABŞ prezidenti Barak Obama daha öncə bildirib ki, ABŞ öz şərqi Avropa tərəfdaşlarını müdafiə edəcək.

Rusiyanın baş diplomatı Sergey Lavrov bu günlərdə deyib ki, rus azlığının sıxışdırılması "təəssüfedici nəticələrə" gətirəcək.

Latviyanın paytaxtı Riqanın meri Moskvaya gözlənilməz səfər edib. Latviyada rusdillilərin partiyası sənəd layihələri hazırlayır və burda rusların yaşadıqları regionu Krımla müqayisə edir.

Bütün bunlar Latviyanı narahat edir. Latviyanın müdafiıə naziri Raimonds Vejonis deyir ki, Rusiyanın və Putinin hələ də bu regionda geosiyasi maraqları var.
Qeyd edək ki, Latviyada 2 milyon əhali yaşayır. Sovet İttifaqı dağılanda bir çox keçmiş sovet zabiti öz ailələri ilə birlikdə Latviyada qalıb. Latviyada əhalinin 33 faizi əsas dil kimi rus dilindən istifadə edir. Əhalinin 13 faizi qeyri-vətəndaş statusunda yaşayır və səs verə bilməz. Hazırda Latviya Rusiyanın dövlət televiziyasının ölkə ərazisində yayımını dayandırıb.


AzNews.az