- Köhnə - Dünya
- 30 Sentyabr 2014 08:52
- 4 133
Davudoğlu TANAP-dan danışdı
 
            Türkiyənin Baş naziri Əhməd Davudoğlu Trans Anadolu qaz kəməri (TANAP) layihəsindən danışaraq bildirib ki, TANAP Qafqazı Balkan yarımadası ölkələri ilə birləşdirəcək.
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı "TRT Haber" telekanalı yayıb.
Xəbərdə deyilir ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazı Balkan ölkələri ilə birləşdirəcək enerji dəhlizi yaradır.
Davudoğlu əlavə edib ki, Azərbaycan və Türkiyə birgə enerji layihələrini reallaşdırmaqda davam edəcək.
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            