Suriyanın şimalında Rojava əyalətində İŞİD-ə qarşı döyüşən kürd qadinların sayı gündən-günə artmaqdadır. Suriyanın şimalında Rojava əyalətində İŞİD-ə qarşı döyüşən kürd qadinların sayı gündən-günə artmaqdadır.

İŞİD-ə “qan udduran“ qadınlar... - FOTOLAR

Suriyanın şimalında Rojava əyalətində İŞİD-ə qarşı döyüşən kürd qadinların sayı gündən-günə artmaqdadır.



Axar.az xəbər verir ki, Fransanın "Elle" jurnalı bu qadınlardan reportaj hazırlayıb. Ümumilikdə İŞİD-ə qarşı döyüşən kürd qadınlarının sayının 10 mini ötdüyünü bildirən jurnal bunun kürd qoşununun 40 faizi demək olduğunu qeyd edib:

"İŞİD kürd qadınlarını halal elan etdi. Buna görə də vəzifəmiz onlarla döyüşməkdir. Ümumilikdə İŞİD-ə qarşı 10 min kürd qadını döyüşür. Bu da kürd ordusunun 40 faizi deməkdir. Bu baxımdan qarşıdurma bölgəsi tarixin ən təəccüblü zamanlarını yaşayır".

Döyüşən qadınlar jurnala verdiyi müsahibədə bu döyüşçülərin əslində simvolik olduğunu, kişilərlə birgə azad cəmiyyət qurmaq istədiklərini deyiblər: "Qadınların döyüşdə önə çıxmasının simvolik bir mənası var. Burada bir qadın üçün İŞİD-ə qarşı döyüşmək qadın azadlığı mənasını verir. Qadınların azad olduğu bir cəmiyyət qurmaq istəyirik. Amma onlar isə bizim kimi qadınların qurduğu bir cəmiyyəti istəmirlər. Terrorçuların bizi halal və qənimət saymalarının səbəbi var. Qadının əlində öldükdə cəhənnəmə gedəcəklərini düşünürlər. Biz də onları cəhənnəmə göndərmək üçün burdayıq. Onların etdiklərinin islamla heç bir əlaqəsi yoxdur".

Bu qadınların təkcə kürdlərdən ibarət olmadığını qeyd edən jurnal onların arasında ərəb, türk, xristian qadınlarının da olduğunu bildirir.

AzNews.az
image description image description image description image description image description image description image description