Paris danışıqları İrəvanın Avrasiya İttifaqına qoşulmaq üçün Dağlıq Qarabağın Ermənistan ərazisi olmaması ilə razılaşmasından sonra baş verib. Paris danışıqları İrəvanın Avrasiya İttifaqına qoşulmaq üçün Dağlıq Qarabağın Ermənistan ərazisi olmaması ilə razılaşmasından sonra baş verib.

Sarkisyan intihara gedir- VİDEO

Paris danışıqları İrəvanın Avrasiya İttifaqına qoşulmaq üçün Dağlıq Qarabağın Ermənistan ərazisi olmaması ilə razılaşmasından sonra baş verib.

Bu razılaşmanın şərtləri isə artıq İrəvanda narazılıqları artırıb. Ermənistanda artıq Qarabağın əldən çıxdığını düşünürlər. Buna Ermənistan hakimiyyətinin son qərarları da real sübut hesab olunur.

ANS TV-nin mumatına görə, Azərbaycanın işğal olunmuş torpaqları Dağlıq Qarabağla Ermənistan dövləti arasında gömrük məntəqələrinin yaradılması ermənilərdə, xüsusən siyasi dairələrdə narahatlıq doğurub. Dağlıq Qarabağda gömrük postlarının qoyulması tələbi Ermənistanın Avrasiya İttifaqına qoşulması məsələsindən irəli gəlir. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin hələ yay aylarında Astanada Serj Sarkisyan qarşısında qoyduğu bu tələb, artıq razılaşdırılıb. Belarus paytaxtı Minskdə bütün məsələlər həllini tapdığından Ermənistanın Avrasiya İttifaqına qoşulmasına yaşıl işıq yandırıldı.

Ermənistan hakmiyyətinin bu qərarına qarşı çıxanlar az deyil. Erməni parlamentinin üzvü Aleksandr Arzumanyan gömrük məntəqəsinin yaradılmasını Ermənistan dövləti üçün intihara bərabər sayıb. Parlamentari hakimiyyətin buna yol verməyəcəyinə ümidlidi. Rusiya erməniləri şurasının sədri Ara Abramyan da fikirləşir ki, "Serj Sarkisyan Dağlıq Qarabağı bu cür təhdid altında qoymağa imkan verməz".

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan isə təzyiqlərə cavab olaraq daxili audiotoriyaya hesablanmış bəyanat səsləndirib. Ermənistan istənilən vaxt Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər. Lakin ermənilərin son 20 ildə bu addımı atmaq üçün yetərincə vaxtı olsa da, qərar verməyiblər. İndi də edə bilməzlər. Əgər Ermənistan gələcəyini Avrasiya İttifaqında görürsə, öhdəlikləri də yerinə yetirməlidi. Birliyin üzvləri bu addımı atmaqla anlayıblar ki, Dağlıq Qarabağı gec-tez Azərbaycana qaytarmalı olacaqlar.