“Ukraynanın Donetsk vilayətində Malayziyaya məxsus sərnişin təyyarəsi rusiyayönlü yaraqlılar tərəfindən vurulub”. “Ukraynanın Donetsk vilayətində Malayziyaya məxsus sərnişin təyyarəsi rusiyayönlü yaraqlılar tərəfindən vurulub”.

“Donetskdə Malayziya təyyarəsini separatçılar vurub”- İttiham

“Ukraynanın Donetsk vilayətində Malayziyaya məxsus sərnişin təyyarəsi rusiyayönlü yaraqlılar tərəfindən vurulub”.



AzNews.az xəbər verir ki, bu ittihamla Almaniyanın "Der Spiegel" jurnalı çıxış edib.
Almaniyanın BND kəşfiyyat agentliyinin rəhbəri Gerhard Schindler kəşfiyyat məlumatlarına əsasən deyib ki, yaraqlılar Ukrayna bazasından BUK sistemini ələ keçirib və raketlə təyyarəni vurub.

Kiyevlə Qərb öncə də bəyan edib ki, Malayziyanın MH17 təyyarəsi iyulda separatçılar tərəfindən vurulub və onlar Rusiyanın verdiyi BUK yer-hava tipli sistemdən istifadə ediblər. Rəsmi Moskva isə bu ittihamları təkzib edib.

Qondarma Donetsk Xalq Respublikasının baş nazir müavini Andrey Purgin Almaniyanın bu ittihamını dərhal təkzib edib.

Rusiya Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Aleksey Puşkov Tvitterdə yazıb ki, Almaniyanın hesabatı Rusiyanın həmin faciəylə əlaqəsi olmadığını göstərir. O, raketi Ukrayna silahlı qüvvələrinin ata biləcəyini də istisna etməyib.

Qeyd edək ki, MH17 təyyarəsi iyulun 17-də Ukraynanın şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olub.