Dünya futbolunun ulduzları ölümcül virusun təhlükəsi və simptomları barədə cəmiyyəti məlumatlandırmaq məqsədilə başlayan “11 Ebolaya qarşı” adlı aksiyada iştirak edirlər. Dünya futbolunun ulduzları ölümcül virusun təhlükəsi və simptomları barədə cəmiyyəti məlumatlandırmaq məqsədilə başlayan “11 Ebolaya qarşı” adlı aksiyada iştirak edirlər.

Məşhur futbolçular Ebolaya qarşı birləşdi

Dünya futbolunun ulduzları ölümcül virusun təhlükəsi və simptomları barədə cəmiyyəti məlumatlandırmaq məqsədilə başlayan “11 Ebolaya qarşı” adlı aksiyada iştirak edirlər.




AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, "11 Ebolaya qarşı" adlı aksiyada Neymar, Didye Droqba, Kriştian Ronaldo, Filipp Lam kimi məşhur futbolçular iştirak edirlər. Aksiya çərçivəsində futbolçular xüsusi video və radio çarxlarda həkimlər tərəfindən hazırlanmış informasiyanı səsləndirirlər.

Futbol ulduzlarının hamı tərəfindən sevildiyini deyən FİFA-nın əməkdaşı İrji Dvorjak xəstəliyin yayılmasının qarşısının alınmasına kömək edəcək informasiyanın çatdırılmasında məhz onların köməyindən istifadə etmək qərarına gəldiklərini bildirib.

Dünya səhiyyə təşkilatının rəsmi məlumatına görə altı Afrika ölkəsində 14 mindən artıq insan Ebola virusuna yoluxub və onlardan 5 mindən çoxu həyatını itirib.