“Moldova Putinə “yox” dedi, ancaq Putin eşidəcəkmi?”. “Moldova Putinə “yox” dedi, ancaq Putin eşidəcəkmi?”.

Moldova Putinə - “YOX” DEDİ

“Moldova Putinə “yox” dedi, ancaq Putin eşidəcəkmi?”.



AzNews.az xəbər verir ki, "Washington Post" qəzeti bu sualın cavabını tapmağa çalışıb.



Qəzetin fikrincə, bazar günü Putin daha bir məğlubiyyətlə barışmalı olub.
Ukrayna ilə Rumıniya arasında olan Moldova parlament seçkilərində Avropaya yaxınlaşmağa səs verib.




Bu o deməkdir ki, 3,5 milyonluq Moldova Avropa Birliyi ilə inteqrasiyaya gedir.
Qəzet yazıb ki, indi sual odur ki, Putin bu səsvermənin nəticəsi ilə barışacaqmı?




Rusiya indinin özündə Moldovanın bir hissəsini zəbt edib, buranın adı Dnestryanı respublikadır. Rusiya Moldovanın Qaqauziya regionunda da separatçılığı qızışdırır.
Bundan başqa Moskva Moldovaya qazı kəsməklə hədələyir.




Qəzetin hesab edir ki, Moldova liderləri Putinə qarşı ayağa qalxıblar, indi eyni hərəkəti etməyə Qərb də hazır olmalıdır.


AzNews.az