- Köhnə - Dünya
- 17 Dekabr 2014 18:38
- 18 498
Gürcü pulu da dəyərdən düşür

Qonşu Ermənistanla yanaşı, Gürcüstanın milli valyutası da dəyərdən düşməyə başlayıb.
Düzdür, dramla müqayisədə lari az risklə üzləşib, ancaq proses gedir.Musavat.com-un gürcü informasiya qaynağına istinadən verdiyi məlumata görə, dekabrın 17-də lari ABŞ dollarına nisbətdə bir gündə 6 bənd dəyərsizləşib.
Belə ki, Gürcüstan Mili Bankının elan elədiyi yeni kursa görə, sabahdan 1 ABŞ dollarını 1.91 lariyə almaq mümkün olacaq. Halbuki, dünən və bu gün qüvvədə olan kurs 1.85 lari olub.
Valyuta köşklərində isə dollar daha baha qiymətə satılır.