- Dünyanın halı
- 14 May 23:14
- 751
İsrail hərbçiləri Livandakı BMT sülhməramlılarını atəşə tutub

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın Kfar Şuba kəndinin cənubunda BMT sülhməramlılarının mövqelərini birbaşa atəşə tutub.
Bu barədə BMT-nin Livandakı sülhməramlı qüvvələri (UNIFIL) məlumat yayıb.
Bildirilir ki, sülhməramlılar iki atəş açıb, mövqelərinə isə bir dəfə zərbə endirilib. Qeyd olunur ki, son vaxtlar sülhməramlı kontingent israillilərin “aqressiv davranışı”nın digər nümunələri ilə dəfələrlə qarşılaşıb.
BMT missiyası X sosial media platformasında (keçmiş Twitter) bəyanatında deyilir: "UNIFIL İsrail Müdafiə Qüvvələrinin (IDF) UNIFIL personalına və Mavi xətt yaxınlığındakı qüvvələrə qarşı son təcavüzkar hərəkətlərindən narahatdır ".
Mövsüm
Aznews.az