Pentaqon İrana qarşı hərbi əməliyyatın adını dəyişə bilər

ABŞ Prezidenti Donald Trampın hərbi fəaliyyətləri bərpa etmək qərarı verəcəyi və atəşkəs rejiminin pozulacağı halda, Pentaqon ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının adını "Epik qəzəb"dən "Çəkic"ə dəyişə bilər.

AzNews.az xəbər verir ki, bu məlumatı "NBC News" iki amerikalı məmura istinadla agentliyi yayımlayıb.

Telekanalın məlumatına görə, əməliyyat üçün yeni adın müzakirəyə çıxarılması ABŞ-nin İrana qarşı hücumları yenidən başlamaq niyyətinin nə dərəcədə ciddi olduğunu nümayiş etdirir.

Pentaqonun nümayəndəsi NBC-yə bildirib ki, hazırda atəşkəs rejiminin faktiki olaraq qüvvədə olmasına baxmayaraq, "Epik qəzəb" adlı əməliyyat öz fəaliyyətini dayandırmayıb. Mənbələrin kanal ilə bölüşdüyü məlumata əsasən, toqquşmalar yenidən başlayarsa, ABŞ-nin regiondakı hərbi gücü fevral ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə artacaq.

ABŞ-nin hərb naziri Pit Heqset qeyd edib ki, Birləşmiş Ştatlar "Epik qəzəb" əməliyyatı müddətində tətbiq edilən texnikanın müəyyən hissəsini artıq əvəzləyə bilib.