Azərbaycan ilə EBRD arasında “yaşıl enerji” barədə müzakirələr aparılıb

Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında əməkdaşlığının prioritet istiqamətləri müzakirə edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə müzakirələr EBRD-nin prezidenti Odil Reno-Basso ilə görüşdə aparılıb.

“Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Bankın prezidenti xanım Odil Reno-Basso ilə görüşməkdən məmnun olduq. Ölkəmizin Bankla əməkdaşlığının prioritet istiqamətləri, “yaşıl enerji” və infrastruktur layihələrinin icrası barədə müzakirələr apardıq. Dayanıqlı iqtisadiyyata keçid üçün birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğuladıq”, - o vurğulayıb.