Pakistanda mitinqdə baş verən partlayışda 1 nəfər ölüb, 11 nəfər yaralanıb

Pakistan Xalq Partiyasının (PPP) Bəlucistan əyalətinin Kvetta şəhərində keçirilən mitinqində törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə "ARY News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, etirazçılara iki əl qumbarası atılıb. M203 qumbaraatandan da istifadə edilib. Qeyd olunur ki, tədbir Pakistan ordusunun Hindistanla münaqişədə iştirakı ilə əlaqədar keçirilib.

"Kvettada PPP-nin əyalət məclisi üzvü Əli Mədəd Cattakın rəhbərlik etdiyi mitinq zamanı partlayış baş verib, bir nəfər ölüb, 11 nəfər yaralanıb", - bəyanatda deyilir.

Mövsüm

Aznews.az