Putin Braziliya prezidenti ilə telefon danışığı aparıb

Rusiya prezidenti Vladimir Putin Moskvada Braziliyaya məxsus xüsusi təyyarənin texniki dayanması zamanı braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə telefon danışığı aparıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Silvanın Çinə səfəri ilə bağlı təəssüratlarını bölüşdüyü və Putinin mayın 15-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarını bərpa etmək təşəbbüsünü dəstəkləmək üçün Pekində qəbul edilmiş ikitərəfli birgə bəyanata xüsusi diqqət yetirdiyi vurğulanır. Silvanın dialoqun uğurlu keçməsi üçün hər cür köməklik göstərmək niyyətində olduğu bildirilib.

Mövsüm

Aznews.az