Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında maraqlı olay yaşanıb. Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında maraqlı olay yaşanıb.

Putin jurnalistə: “Siz deyəsən içibsiniz”

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında maraqlı olay yaşanıb.



AzNews.az xəbər verir ki, Kirov şəhərindən olan jurnalist sual verərkən nədənsə dili topuq çalıb. Bu zaman Putin onun sözünü kəsərək "Siz deyəsən içibsiniz" deyib.

Kirov vilayətində fəaliyyət göstərən "Reportyor" informasiya-analitik qəzetinin direktoru İrina Aleksandrova bununla bağlı deyib ki, həmin jurnalist insult keçirdiyinə görə onun danışığında problem yaranıb.

"O sual veribsə, deməli bu sual rəhbərlik tərəfindən razılaşdırılıb. Əslində o sərxoş deyildi. İki dəfə insult keçirib və bir dəfə də beyni ciddi zədələnib. Onun danışığında problem var", - deyə qəzet direktoru əlavə edib.