- Köhnə - Dünya
- 4 Oktyabr 2012 04:56
- 2 946
Türkiyə 2 saat sonra qərar verəcək

Sərhəddə top səsləri yenidən eşidilməyə başlayıb
Bu gün Türkiyə vaxtı ilə səhər saat 06. 45 radələrindən (Bakı vaxtı ilə 08.45) başlayaraq Türkiyə-Suriya sərhəddində top səsləri yenidən eşidilməyə başlayıb.
Doğan Xəbər Agentliyinin məlumatına görə, Akçalake bölgəsində toplar Türkiyədən Suriyaya doğru istiqamətləndirilib.
Qeyd edək ki, 2 saat sonra Türkiyə Böyük Millət Məclisi Suriyada hərbi əməliyatların keçirilməsi ilə bağlı hökumətin göndərdiyi qərar layihəsini müzakirəyə çıxaracaq.
Elnarə Əlosmanqızı
AzNews.az