Dubayda 3 britaniyalı fotoqraf tutuldu

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Böyük Britaniya vətəndaşı olan 3 fotoqraf saxlanılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Sky News" telekanalı yayıb.
Hadisə Fudjeyra aeroportu yaxınlığında qeydə alınıb.

Tutulan şəxslər təyyarə çəkilişində ittiham edilir. Ehtimal edilir ki, onlar BƏƏ-nin milli təhlükəsizliyinə xələl gətirib.


Saxlanılanların adları da bəlli olub. Bunlar 53 yaşlı Konrad Kliteroy, 45 yaşlı Qari Kuper və Nil Munrodur.

Kliteroyun həyat yoldaşı ərinin ürəyində problem olduğunu deyib.

Qeyd edək ki, BƏƏ qanunlarına görə həbs edilənlərlə görüşmək üçün pul ödənilməlidir. Misal üçün, qadın öz ərini görməkdən ötrü 30 min dollar xərcləməlidir.