Nemtsovu Ukrayna hadisələrinə görə öldürüblər – NATO rəsmisi

Rusiyalı müxalifətçi Boris Nemtsovu Ukraynada cərəyan edən hadislərə görə öldürüblər.

AZNEWS.AZ xəbər verir ki, bu iddia ilə NATO Baş katibinin müavini Aleksandr Verşbou çıxış edib.

NATO rəsmisinin fikrincə, Vladimir Putinin məqsədi Ukraynanı zəiflətmək və Rusiyada alternativ fikrin qarşısını almaqdır: "Boris Nemtsov demokratiya müdafiəçisi kimi Rusiyanın Ukraynada aparılan döyüşlərdə iştirakına həmişə qarşı olub".