Rusiya prezidenti Vladimir Putinin Amur vilayətində zooparkdan azadlığa buraxdığı 5 pələngdən xəbər var. Rusiya prezidenti Vladimir Putinin Amur vilayətində zooparkdan azadlığa buraxdığı 5 pələngdən xəbər var.

Putinin azadlığa buraxdığı pələnglərdən xəbər var

Rusiya prezidenti Vladimir Putinin Amur vilayətində zooparkdan azadlığa buraxdığı 5 pələngdən xəbər var.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Məlumata görə, prezidentin azadlığa buraxdığı 5 pələngdən 4-ü Amurətrafında və Xabarovsk diyarında məskunlaşıb. "Ustin" adlı 5-ci pələng isə Çin ərazisinə adlayıb.

Faktı "Pələng" Xüsusi İnspeksiyasının rəsmisi Viktor Serdyuk da təsdiq edib: "Ancaq son gün sevindirici bir xəbər almışıq. "Ustin" Çindən geri Rusiyaya qayıtdı. Biz də onu tutub yenidən zooparka verdik. Azadlıqda olan 4 pələngin də sağlamlıq durumları çox yaxşıdır".