Xəbər verildiyi kimi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov fevral ayında etdiyi açıqlamasında deyib ki, Krım tatarlarının vəziyyətini yerində öyrənmək üçün Türkiyənin qeyri rəsmi nümayəndə heyəti yarımadaya gedəcək. Xəbər verildiyi kimi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov fevral ayında etdiyi açıqlamasında deyib ki, Krım tatarlarının vəziyyətini yerində öyrənmək üçün Türkiyənin qeyri rəsmi nümayəndə heyəti yarımadaya gedəcək.

Lavrov: “Türklər Krıma Ukrayna ərazisindən getməməlidir”

Xəbər verildiyi kimi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov fevral ayında etdiyi açıqlamasında deyib ki, Krım tatarlarının vəziyyətini yerində öyrənmək üçün Türkiyənin qeyri rəsmi nümayəndə heyəti yarımadaya gedəcək.



Rusiyanın xarici işlər naziri Sergey Lavrov türklərin Krımı ziyarət etməsinə müsbət yanaşdığını bildirib, ancaq bunun üçün bir şərtini də açıqlayıb: "Onlar yarımadaya Ukrayna ərazisindən giriş etməməlidir".

AzNews.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavanın keçmiş SSRİ ordusu tərəfindən azad edilməsinin 70-ci ildönümü mərasiminə qatılan Lavrov mətbuat nümayəndələrinin bu mövzuda suallarını cavablandırıb.

O, türklərin Krıma səfərlərini məmnuniyyətlə qarşıladığını dilə gətirib: "Bu məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin görüşlərində də müzakirə olunub. Biz bu səfəri aktiv şəkildə dəstəkləyirik və baş tutacağı təqdirdə məmnun olacağıq. Burada yeganə maneçilik qeyri rəsmi nümayəndə heyətinin Krıma Ukraynadan daxil olmalarıdır. Bu haqda türklərə demişik. Krıma ziyarət etmək istəyirlərsə, normal bir marşrut seçməlidirlər. Yəqin onlar bu təklifimizi dəyərləndirəcəklər".