Yəməndə iranlı casus qrupu tutuldu

Yəmən hökuməti iranlı və suriyalı cəsus qrupunu saxladıqları barədə məlumat yayıb. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, hər iki ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən qrup üzvləri paytaxt Səna şəhərində saxlanılıblar.

Onlar ölkəyə sərmayədar qismində daxil olub və hətta bu məqsədlə zavod tikintisinə icazə belə alıblar.

Qeyd edək ki, bundan əvvəl də 5 iranlı casus Yəməndə saxlanılmışdı. Yəmən prezidenti Abd Rabbo Mansur Xadi ABŞ səfərində qeyd etmişdi ki, İran onun ölkəsində bəzi siyasi və silahlı qruplaşmaları maliyyələşdirir.

Sadiq Musa
AzNews.az