“Türkiyə başqa bir dillə danışmağı başa düşmür”. “Türkiyə başqa bir dillə danışmağı başa düşmür”.

Erməni nazir Türkiyəni hədələdi: “Başqa dillə danışmağı başa düşmür”

“Türkiyə başqa bir dillə danışmağı başa düşmür”.



AzNews.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Roma Papası Fransiskin yalançı "erməni soyqırımı" ilə bağlı verdiyi bəyanatına münasibət bildirərkən deyib.

Vatikanda keçirilən ayində iştirak edən Edvard Nalbandyan İtaliyanın "Adnkronos" xəbər agentliyinə müsahibə verib.

Erməni nazir ayin zamanı Papanın işlətdiyi "20-ci əsrin ilk soyqırımı ermənilərə qarşı törədilib" sözlərini belə dəyərləndirib: "Son günlərdə çoxsaylı beynəlxalq təşkilatlar soyqırımı tanıyan bəyanatlar verir, qərarlar alırlar və Türkiyəyə də bu istiqamətdə addım atması üçün müraciət edirlər. Papanın açıqlamaları bu baxımdan ümumbəşəri dəyərlərə əlavə olundu. Türkiyə bunu anlamağa başlayanda, beynəlxalq cəmiyyət və Papa kimi böyük şəxsiyyətlərin də nə demək istədiyini anlayacaq. Türkiyə başqa bir dillə danışmağı başa düşmür. Papanın açıqlamaları erməni xalqı üçün bir sülh mesajıdır. Bu, eyni zamanda, beynəlxalq cəmiyyətə xitabən insanlığa qarşı cinayətlərin və soyqırımların qarşısını almaq üçün bir mesajdır".

Roma Papasının 1 milyard 200 milyon katolik xristianlarının lideri olduğunu vurğulayan Nalbandyan sözünə belə davam edib: "Onun fikirləri bütün bu insanların fikirlərini əks etdirir. Erməni cəmiyyəti də özünün gələcəkdəki günahlarının qarşısını almağa borcludur".

Türkiyə və Ermənistan arasında quru sərhədlərinin açılması və qarşılıqlı səfirlər təyin olunması ilə bağlı imzalanan protokolu xatırladan Nalbandyan "Ancaq imzalanan və müzakirə edilməyə başlanan bu protokol kağız üzərində qaldı, çünki Türkiyənin bu sülh prosesini irəli aparmaq üçün gücü yox idi. Bu səbəbdən Türkiyə müqavilələrə riayət etməyi nəzərdə tutan vəfa prinsipini pozub" deyə danışıb.

Ermənistan prezidenti Serj Sarkisyan isə Vatikandakı ayindən sonra "Ansa" xəbər agentliyinə verdiyi açıqlamada "Əminəm ki, Roma Papasının bu sözləri türk hökuməti və türk liderləri tərəfindən qəbul ediləcək. Türk hökumətini türk xalqından ayrı tuturam. Əminəm ki, Papanın sözləri, bir çox türkün qəlbinə və ağlına sirayət edəcək və ermənilərə qarşı aparılan soyqırımı haqda bir daha düşünməyə vadar edəcək" ifadələrini deyib.

İtaliya Ermənilər İttifaqının verdiyi açıqlamada isə deyilir: "Nəhayət, 100 il sonra xalqımıza qarşı edilən soyqırımı qəbul etməyə doğru çox mühüm bir addım atıldı. Papanın sözləri şəhidlərimizi basdırmaq üçün çox uyğun bir məzar oldu".