Qətlə yetirilən rusiyalı müxalifətçi Boris Nemtsovun həyatı ilə bağlı yeni detallar üzə çıxıb. Qətlə yetirilən rusiyalı müxalifətçi Boris Nemtsovun həyatı ilə bağlı yeni detallar üzə çıxıb.

Boris Nemtsovun xaricdə 10 milyon dolları tapıldı

Qətlə yetirilən rusiyalı müxalifətçi Boris Nemtsovun həyatı ilə bağlı yeni detallar üzə çıxıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Komsomolskaya pravda" qəzeti yayıb.

Məlumata görə, Rusiyanın maliyyə üzrə gizli xidməti Nemtsovun Kipr banklarının birində hesabını aşkar edib. Onun ABŞ və Almaniya banklarında da pulunun olduğu üzə çıxıb, ancaq bu xəbər hələ öz təsdiqini tapmayıb.

İlkin araşdırmalara görə, Nemtsovun xarici banklarda 10 milyon dollar pulu var.

Qeyd edək ki, fevralın 27-də Moskva şəhərinin mərkəzində naməlum şəxs tərəfindən qətlə yetirilən Nemtsov 2005-ci ilin fevralından 2006-cı ilin oktyabrınadək Ukrayna prezidenti Viktor Yuşenkonun ştatdankənar müşaviri olub. Yuşenko Nemtsova maliyyə işlərini tapşırıb. Həmin vaxt isə ABŞ-ın bəzi dairələrindən Yuşenkoya pul göndərilib.

Maliyyə üzrə gizli xidmətin fikrincə, Nemtsovun banklara yatırdığı pullar ABŞ-dan gələn yardımların bir qismi ola bilər.