Yeni Zelandiyanın baş naziri Con Key ofisiant qızdan üzr istəyib. Yeni Zelandiyanın baş naziri Con Key ofisiant qızdan üzr istəyib.

Baş nazir ofisiant qızdan üzr istədi – SƏBƏB

Yeni Zelandiyanın baş naziri Con Key ofisiant qızdan üzr istəyib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "The New Zealand Herald" nəşri yayıb.

Məlumata görə, baş nazir ofisiant qızın saçını dartdığına görə üzr istəyib.

Siyasətçi bu insidentlə bağlı yalnız bir söz işlədib: "Məzələnirdim".

Oklend ştatının sakini olan ofisiant qız isə baş nazirinin bu hərəkətini "təhqir" adlandırıb.

"O, 6 ay ərzində mən işlədiyim kafeyə gəlirdi. Özünü məktəbli xuliqan kimi aparırdı. Bu hadisəni ona görə deyirəm ki, baş nazir haqda yalnız mən söz deyə bilərəm. Zənnimcə, o, Tanrı deyil, sadə bir insandır", - deyə adı çıkilməyən qız əlavə edib.

Baş nazir üzr istədiyi zaman qıza iki butılka şərab verib.

Bu faktı baş nazirin mətbuat xidməti təsdiq eidb: "O, doğrudan da qızdan üzr istəyib. Con o kafeyə tez-tez getdiyindən işçilərlə isti münasibəti olub".