Ukraynanın paytaxtı Kiyev şəhərinin yaxınlığında, Lesniki kəndində ZİK telekanalının çəkiliş qrupuna hücum edilib. Ukraynanın paytaxtı Kiyev şəhərinin yaxınlığında, Lesniki kəndində ZİK telekanalının çəkiliş qrupuna hücum edilib.

Jurnalistlərin videokamerası əlindən alındı - VİDEO

Ukraynanın paytaxtı Kiyev şəhərinin yaxınlığında, Lesniki kəndində ZİK telekanalının çəkiliş qrupuna hücum edilib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "korrespondent" saytı Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.

ZİK telekanalının jurnalisti Denis Biqus bu faktı özünün Facebook səhifəsində təsdiq edib.




Olay zamanı çəkiliş qrupunun videokamerası və video reqistoru əllərindən alınıb. Jurnalistlər adı çəkilən kənddə daxili işlər nazirinin müavini Sergey Çebotar haqda süjet hazırlayırmış.

Hazırda yerli milis orqanları insidentin detallarını araşdırır.