Baş nazir Türkiyəni “ikiüzlü” adlandırdı

İraqın Baş naziri Nuri Əl-Maliki Türkiyəni Suriya ilə bağlı tutduğu mövqeyinə görə, sərt tənqid edib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Maliki bildirib ki, Türkiyə Suriya problemini həll etmək üçün üzərinə məsuliyyət götürməli olduğu halda, öz qərarını Suriya xalqına zorla qəbul etdirmək istəyir.

O, bir azda qabağa gedərək beynəlxalq aləmdən Türkiyəni durdurmağı tələb edib. Bundan əlavə, İraqın Baş naziri Türkiyəni hadisələri həddindən artıq şişirtməkdə ittiham edib. "Türkiyə sanki ölkəsinə Suriya qırıcıları hücum edib kimi bir görüntü yaratmağa çalışır. Son olaylar çox şişirdildi".

O, Türkiyə üçün təhdid olmadığını və məsələnin NATO səviyyəsinə qaldırmağın yersizliyini də deməkdən çəkinməyib.

Sadiq Musa
AzNews.az