Neyrocərrah prezident olmaq istəyir

Neyrocərrah Ben Karson ABŞ-da prezident seçkilərində iştirak etmək istəyir.



Trend-in məlumatına görə, B.Karson bu barədə niyyətini yerli telekanalların birində bəyan edib.

Hazırda təqaüddə olan 65 yaşlı həkim 2016-cı ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasını təmsil edəcəyinə ümid etdiyini bildirib: "Siyasətçi olmasam da, çoxları mənə dövlət başçısı postuna namizədliyimi irəli sürməyimi məsləhət görüb".