Məscidlərdə terakt cəhdlərinin qarşısı alındı – 4 nəfər həbs olundu

Almaniyanın bir sıra məscidlərində terakt cəhdlərinin qarşısı alınıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Məlumata görə, Almaniyanın 250-ə yaxın polis əməkdaşı Bavariya, Saksoniya, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalts və Meklenburq əyalətlərində ekstremistlərin ofislərində axtarış aparıb.

Nəticədə, aralarında bir qadın olmaqla 4 nəfər həbs edilib.

Onlar ölkədə fəaliyyət göstərən bir sıra məscidlərdə terakt hazırlamaqda ittiham edilir.

Bu faktı Almaniyanın Baş prokurorluğu təsdiq edib.