“Qərb liderləri hörmətsizlik edir” – Mixail Qorbaçov

“Keçmiş SSRİ-nin faşizmə qarşı mübarizəsini görməməzliyə vurmaq Sovet xalqına, o müharibədə çoxsaylı itkilər verən digər millətlərə qarşı hörmətsizlikdir”.


AZNEWS.AZ xəbər verir ki, bu sözləri Qərb liderlərinin Böyük Vətən Müharibəsinin 70-ci ildönümü ilə bağlı Moskvada keçiriləcək tədbirə qatılmamasına münasibət bildirən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov deyib.

Qeyd edək ki, Qələbə ilə bağlı Moskvada təşkil ediləcək mərasimlərə 20 ölkənin liderləri qatılacaq. ABŞ-ı isə bu ölkənin Moskvadakı səfiri Con Tefftin təmsil edəcəyi gözlənilir.
Bu faktı Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov təsdiq edib.