Artıq çəkidən azad olmaq istədi, bu günə düşdü

ABŞ-da Amber Qrilinq adlı yeniyetmə qız kök olsa da, buna o qədər əhəmiyyət vermirmiş.


Lakin oxuduğu məktəbdə sinif yoldaşları onunla kök olduğuna görə zarafat etməyə başlayandan sonra A.Qrilinq bu barədə ciddi düşünməyə başlayıb.

Trend xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra o, pəhriz saxlamağa və məşq etməyə başlayıb. Lakin A.Qrilinq bunun o qədər də səmərəli nəticə vermədiyini görərək, pəhriz həbləri qəbul etməyə başlayıb.

A.Qrilinq dörd müxtəlif növ olmaqla həftədə 90 ədəd həb qəbul edir. Lakin bu heç də onun sağlamlığına təsirsiz ötüşməyib. Tezliklə A.Qrilinq hər gün qusmağa, mədə ağrılarından əziyyət çəkməyə başlayıb və onun dərisi saralıb. Beləliklə, məktəbli qızın vəziyyəti qısa zamanda pisləşib və beş ay xəstəxanada yatmalı olub. O, artıq bu hərəkətindən peşman olub və heç kimə bu yolla arıqlamağı məsləhət görmür.