Təhrir meydanında 5 000 etirazçı toplaşıb Təhrir meydanında 5 000 etirazçı toplaşıb

Misir yenə qarışdı

Təhrir meydanında 5 000 etirazçı toplaşıb



Dünən Misirin paytaxtı Qahirədə müxalifət tərəfdarları hökumətə qarşı etiraz aksiyası keçiriblər. Təhrir meydanında baş tutan aksiyaya 5 000-ə yaxın fəal qatılıb. Aksiya iştirakçıları ölkə prezidenti Məhəmməd Mursidən hakimiyyətinin 100-cü günündə daha çox islahatalara getməsini tələb ediblər.

Nümayişdə eyni zamanda, Misirin yeni konstitusiyasına dəyişiklik edilməsi üçün yaradılmış panelin çoxpartiyalı olması tələb edilib. Hazırkı panelin tərkibi isə əksəriyət olaraq islamçılardan təşkil olunub. Aksiya əvvəlcə dinc başlasa da, daha sonra zorakılıqlarla yadda qalıb. Prezident Mursi tərəfdarlarının aksiyanı dağıtmağa cəhd etməsi sonda qarşıdurmalara səbəb olub. Tərəflər bir-birilərinə daş və dəmir parçaları ilə hücum ediblər. Qarşıdurmalar zamanı M. Mursi tərəfdarlarının avtobusu yandırılıb.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Misir məhkəməsinin sabiq prezident Hüsnü Mübarək dönəmində ağır cinayətlər törətidiyi iddia edilən 25 nəfəri buraxması hazırda ölkə müxalifətinin əsas tənqid mövzusuna çevrilib.

AzNews.az