- Köhnə - Dünya
- 27 May 2015 09:23
- 4 005
Hindistanda ölənlərin sayı 1200-ə çatdı - İsti hava
Hindistanda davam edən dəhşətli istilər nəticəsində ölənlərin sayı 1200 nəfəri ötüb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.
Məlumata görə, bəzi ərazilərdə havanın tempraturu 50 dərəcəyə çatıb.
Ən çox ölüm sayı cənubi ştatlar olan Telangana və Andhra Pradeshdə qeydə alınıb ki, burada ötən həftədən bəri yüzlərlə insan həyatını itirib.
Qərbi Benqal və Orissada isə 24 nəfər isti havanın qurbanı olub.
Dövlət orqanları televiziya və digər medialar vasitəsilə əhaliyə papaqsız gəzməməyi və çoxlu su içməyi tövsiyyə edib.