Norveçdə uşaqlara 7 yaşdan sonra cinsiyyətlərini dəyişməyə icazə veriləcək. Norveçdə uşaqlara 7 yaşdan sonra cinsiyyətlərini dəyişməyə icazə veriləcək.

Uşaqlar cinsini dəyişə biləcək

Norveçdə uşaqlara 7 yaşdan sonra cinsiyyətlərini dəyişməyə icazə veriləcək.


AzNews.az ans press-ə istinadən xəbər verir ki, bununla bağlı Norveç hakimiyyəti yeni qanun layihəsi hazırlayıb. Yeni qərarla Norveç ən gənc transseksualların yaşadığı ölkəyə çevriləcək.

Ölkənin səhiyyə naziri isə bu yeniliklə qürur duyduğunu deyib: "Bu, Norveçin çox ölkələrdən bir neçə il geridə qaldığı sahə idi".

Onun sözlərinə görə, 7-16 yaş arasında olan uşaqlar cinsiyyətini dəyişməzdən əvvəl valideynləri ilə məsləhətləşməli olacaqlar. Bundan sonra onlar psixoloji və tibbi müayinə olmadan qərar qəbul edə biləcəklər.

Xatırladaq ki, bir çox Avropa ölkəsində cinsiyyətini dəyişmək üçün yaş həddi 18 yaşdır. Bu yaxınlarda ABŞ-da da həmcins nikahlara icazə verilib. Qərar bütün ştatlara aid edilib. Bununla bağlı ABŞ konstitusiyasına da dəyişikliklərin edilməsi nəzərdə tutulub.