Türkiyənin Kilis bölgəsində yerləşdirilən tankların lülələri Suriyada İŞİD yaraqlılarının olduğu bölgəyə doğru çevrilib. Türkiyənin Kilis bölgəsində yerləşdirilən tankların lülələri Suriyada İŞİD yaraqlılarının olduğu bölgəyə doğru çevrilib.

Müharibə başlayır: Türk tanklarının lülələri Suriya tərəfə çevrildi – VİDEO

Türkiyənin Kilis bölgəsində yerləşdirilən tankların lülələri Suriyada İŞİD yaraqlılarının olduğu bölgəyə doğru çevrilib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhədə sövq edilən tanklarla yanaşı mərmi topları və raketlər də hazırlıq vəziyyətinə gətirilib.

Hazırda həmin ərazidən Suriyaya gediş-gəlişə icazə verilmir. Təhlükəsizlik qüvvələri sərhəd xəttində 24 saat fasiləsiz keşiş çəkirlər.

910 kilometrlik Türkiyə-Suriya sərhədində yerləşən 317 sərhəd polis bölməsinə əlavə əsgərlər göndərilib. Ümumilikdə isə bölgədə 65 mindən çox əsgər xidmət edir.

Qeyd edək ki, Kilis, Qaziantep, Hatay, Şanlıurfa və Mardin rayonlarının Suriya ilə sərhədində 1200-ə yaxın tank, zirehli maşın, mərmi toplarının olduğu deyilir.