Türkiyədə Şenol Aydın və Əli Ak adlı 2 kişi polisə müraciət edib. Onların iddiasına görə, dini nikahla ailə qurduqları suriyalı qızlar toy gecəsi pul və qızılları götürərək qaçıblar. Türkiyədə Şenol Aydın və Əli Ak adlı 2 kişi polisə müraciət edib. Onların iddiasına görə, dini nikahla ailə qurduqları suriyalı qızlar toy gecəsi pul və qızılları götürərək qaçıblar.

Evləndikləri suriyalı qızlar qızılları götürüb qaçdı - VİDEO

Türkiyədə Şenol Aydın və Əli Ak adlı 2 kişi polisə müraciət edib. Onların iddiasına görə, dini nikahla ailə qurduqları suriyalı qızlar toy gecəsi pul və qızılları götürərək qaçıblar.


AzNews.az xəbər verir ki, hadisə Aydın şəhərində qeydə alınıb.

39 yaşlı Şenol Aydın və 33 yaşlı Əli Ak bildirib ki, qızlar toy gecəsi avtomobillə aradan çıxıblar.

Hadisə isə belə olub. Hər iki kişi İzmirin Sırma məhəlləsində yaşayan Əhməd E.-yə evlənmək istədiklərini deyiblər. O, müəyyən ödəniş qarşılığında onlara suriyalı qızları tapıb. Bir müddət sonra Əhməd Ə. ilə Kilisə gedən Aydın və Ak rəsmlərini bəyəndikləri Suriya əsilli 21 yaşlı Nede ilə 19 yaşlı Yazderin adlı gənc qızlarla görüşüblər və birlikdə Aydına qayıdıblar.

Əhməd Ə.-nin kəsdiyi dini nikahdan sonra onlar toy hazırlığına başlayıblar. Qızıl və geyim alan oğlanların hər biri 15 min lirə xərcləyib. Toy gecəsi "gəlinlər" xəstə olduqlarını bəhanə gətirərək "bəylər"lə yatağa girməyiblər. Onlar qızıl və pulları götürərək aradan çxıblar.

"Bəylər" başlarına gələn bu hadisədən sonra qonşularının istehzalı baxışları üzündən küçəyə belə çıxmırlar.

image description image description